Niko Kacaiya - Uşaq Avroviziyasında Gürcüstanın səsi
Niko Kacaiya - Uşaq Avroviziyasında Gürcüstanın səsi

Gürcüstan nümayəndəsi Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2021-in əsas şousunda bu gün ikinci nömrə ilə çıxış edəcək.“Ranina” layihəsinin qalibi Nikoloz Kacayia Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstanı Qiqa Kuxianidzenin “Gülümsəmələri sayaq” (Lets count the smiles) mahnısı ilə təmsil edəcək.

Tamaşaçı Niko Kacaiyanın Avroviziyaya qədər hansı yolu keçdiyi barəsində sənədli filmi izləyə bilər.

Sıra ilə 19-cu Avroviziya Uşaq Mahnı Müsabiqəsi Parisdə keçiriləcək və burada 19 ölkə iştirak edəcək. Ənənəvi olaraq birbaşa translasiyanı İctimai Yayımçı sizlərə təqdim edəcək.