Nika Qvaramia – Heç kim heç bir yerdən kənarlaşdırılmayıb, “Milli Hərəkat” çoxdan qərara almışdı ki, alyansdan getməlidir, biz heç kimi haradasa olmağa və nəyisə qorumağa məcbur edə bilmərik
Fikrimcə, “Milli Hərəkat”ın qərarı bütün nöqteyi-nəzərdən, xüsusilə də vaxt və kontekst, üstəlik partiyaların qadağan edilməsi rakursunda yanlışdır – bu barədə “Müxalifət Alyansı”nın liderlərindən biri Nika Qvaramia açıqlayıb.
O, “Milli Hərəkat”ın alyansı tərk etmək barədə qərarı özünün qəbul etdiyini bildirib.
“Heç kim heç nəyə məcbur olmadı, heç kim heç bir yerdən kənarlaşdırılmayıb, onlar çoxdan qərara almışdılar ki, alyansdan getməlidirlər, sonra bu bəyanatı verdilər. Biz heç kimi haradasa olmağa və nəyisə qorumağa məcbur edə bilmərik. Bu, hər kəsin üzv olmaq və qaydalara uyğun hərəkət etmək barədə şəxsi qərarıdır. Təəssüf ki, qərar belədir, fikrimcə, bütün nöqteyi-nəzərdən, xüsusilə də vaxt və kontekst, üstəlik partiyaların qadağan edilməsi rakursunda yanlışdır. Lakin bu, onların qərarıdır, biz heç nə edə bilmərik” – Qvaramia açıqlayıb.
Məlumat üçün bildirək ki, müxalifət alyansı öz “Facebook” səhifəsində “Milli Hərəkat”ın loqosu artıq üzərində olmayan yeni şəkil paylaşıb. Bununla yanaşı, bu mövzu ilə bağlı “Federalistlər”in lideri Tamar Çerqoleişvili də paylaşım edib.
“Qapılarımız qaydalara əməl edəcək hər kəs üçün açıqdır” — Tamar Çerqoleişvili yazır.
“Milli Hərəkat”ın Müvəqqəti İdarə Şurasının sədri İrakli Pavlenişvili bildirib ki, “Milli Hərəkat”ın alyansdan kənarlaşdırılması ilə çıxması arasındakı fərqin əhəmiyyəti yoxdur və partiya çoxdan alyansın fəaliyyətlərində iştirak etmirdi.