Nika Qvaramia: “Biz demişik – içəridə aksiya, xaricdə sanksiya, eyni zamanda alternativin təqdim olunması. Böyük Britaniyanın səfiri ilə bugünkü görüş də bu istiqamətdə uğurlu oldu”
Nika Qvaramia: “Biz demişik – içəridə aksiya, xaricdə sanksiya, eyni zamanda alternativin təqdim olunması. Böyük Britaniyanın səfiri ilə bugünkü görüş də bu istiqamətdə uğurlu oldu”

“Oppozisiya alyansı” bildirib ki, onların strategiyası belədir: ölkə daxilində aksiya, xaricdə sanksiya və eyni zamanda alternativin təqdim olunması. Bu barədə Nika Qvaramia Böyük Britaniyanın Gürcüstandakı səfiri Gareth Ward ilə görüşdən sonra açıqlama verib və qeyd edib ki, bugünkü görüş də bu istiqamətdə uğurlu olub.

Qvaramianın sözlərinə görə, görüşün təşəbbüskarı Böyük Britaniya səfirliyi olub.

“Əsas odur ki, bizim hakimiyyətin necə dəyişdirilməsi ilə bağlı öz baxışımız var. Bu, yalnız etiraz deyil, baxmayaraq ki, etiraz da mütləqdir. Eyni zamanda, bu hakimiyyət getdikdən sonra ölkəni necə inkişaf etdirməyə davam edəcəyimiz də vacibdir. Hazırda ölkə nə irəli gedir, nə də yerində dayanır – hər gün geriyə gedir”, – deyə Qvaramia bildirib.

Onun fikrincə, Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalar ən təsirli olub.

“Xüsusilə Böyük Britaniya bu baxımdan seçilir ki, onun sanksiyaları ən effektiv nəticə verib və buna görə də bu istiqamətin davam etdirilməsi çox vacibdir”, – deyə Qvaramia əlavə edib.