Nika Qilauri - Fondların hesablarına həbs qoyulması tam bir farsdır, Gürcüstanda yaxşılıq etmək, çətinliyə düşənin yanında olmaq, haqsız yerə təzyiqlərə məruz qalan insanlara yardım qadağan edilə bilməz
Cinayət işi əsasında fondların hesablarına həbs qoyulması tam bir farsdır. Zərərçəkənlərə dəstək vermək cinayət deyil – bu, ölkənin xilasına və onun Avropa gələcəyinə inanan hər bir insanın borcudur – bu barədə sabiq baş nazir Nika Qilauri sosial şəbəkədə yazır.
“Bu fondlar biznesin və vətəndaşların ianələri ilə siyasi repressiyaların qurbanlarına, haqsız yerə cərimələnən və döyülən insanların köməyinə çatır, onların müalicə və dərman xərclərini qarşılayır, həbs edilən insanların ailələrinə dəstək göstərir.
Yaxşılıq etməyi cinayətlə eyniləşdirəndə, çətinlik içində olanlara kömək əli uzatmaq ölkəyə qarşı düşmənçilik kimi təqdim ediləndə – cəmiyyətin birliyi və bir-birinə dəstək olmaq daha da güclənir!
Gürcüstanda yaxşılıq etmək, çətinliyə düşənin yanında olmaq, haqsız yerə təzyiqlərə məruz qalan insanlara yardım qadağan edilə bilməz!” – Nika Qilauri yazır.