Nika Meliya Rustavidə, 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib
Nika Meliya Rustavidə, 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib

“Milli Hərəkatın” lideri, Nika Meliya Rustavidə, 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Bu barədə Gürcüstanın Birinci Kanalına Xüsusi Penitensial Xidmətində bəyan etdilər.

Hüquqmühafizəçilər “Vahid Milli Hərəkatın” sədri, Nika Meliyanı bu gün səhər yaxaladılar.

Nika Meliyanın yaxalanması ilə bağlı Daxili İşlər Nazirliyi bəyanat yaydı. Bəyanatda deyilir ki, Məhkəmə tərəfindən  Daxili İşlər Nazirliyinə həvalə olunan öhdəliklərin icra edilməsi zamanı polis məcburi qanunla nəzərdə tutulmuş proporsional güc və xüsusi vasitələrdən istifadə etdi.

Bununla yanaşı, “Milli Hərəkatın” ofisi qarşısında hüquqmühafizəçilərin qanuni tələblərinə tabe olmamaq faktı üzrə, İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə polis 21 nəfəri yaxaladı.