Nika Meliya - Buba Kikabidzenin mahnısı zamanı fonoqramanı səhv saldılar, bizim üçün gözlənilməz idi, saçlarım biz-biz durdu
Nika Meliya - Buba Kikabidzenin mahnısı zamanı fonoqramanı səhv saldılar, bizim üçün gözlənilməz idi, saçlarım biz-biz durdu

Fonoqramanı səhv saldılar, bizim üçün gözlənilməz idi, saçlarım biz-biz durdu, – bu barədə “Milli Hərəkatın” Qldani majoritarlığa namizədi, Nika Meliya partiyanın birinci nömrəsi, Buba Kikabidzenin “Tbiliso” mahnısınının bir hissəsini rusca ifa etdiyinə bu cür əks səda verdi.

Nika Meliyanın qeyd etdiyinə görə, “Tbilisonun” rus dilində ifası planlaşdırılmamışdı.

“Səhnənin yanında durumdum və mən də təəcübləndim. İnsan dedi, fonoqmanı səhv saldım. Mən həyacanlanmadım, lakin cənab Buba həyacanlandı. Bu planlaşdırılmamışdı. Fonoqramanı səhv saldı və adam boynuna aldı. Təəssüfləndiricidir, lakin Buba Kikabidzeyə bu bağışlanır. Dəfələrlə milyonlarca insanı sevindirib, nə fərqisi var qazax, gürcü, rus və ya başqasını.  Bir çox siyasətdən uzaq olan insanı sevindirib. Mənim üçün gözlənilməz idi, saçlarım biz-biz durdu”, – Nika Meliya “TV Pirveli” efirində bəyan etdi.

“Vahid Milli Hərəkatın” birinci nömrəsi, Buba Kikabidze iki mahnı ifa etdi, o cümlədən “Tbiliso” mahnısını iki dildə, gürcücə və rusca. Bundan sora Buba Kikabidze açıqlama verdi. Onun qeyd etdiyinə görə, rusca ona görə oxudu ki, ruslar duysunlar Gürcüstan necə gözəl ölkədir.