Nika Meliya - biz yenidən seçkilərin keçirilməsini deyil, 31 oktyabrda keçirilməyən seçkiləri tələb edirik
Nika Meliya - biz yenidən seçkilərin keçirilməsini deyil, 31 oktyabrda keçirilməyən seçkiləri tələb edirik

Biz yenidən seçkilərin keçirilməsini deyil, sadəcə olaraq seçkiləri tələb edirik, – bu barədə “Milli Hərəkatın” liderlərindən biri, Nika Meliya Batumidə keçirilən aksiyada bəyan etdi.

Onun dediyinə görə, “Batumi yalnız sevgi şəhəri deyil, bu qələbə şəhəridir”.

“Başqa yerdə olmadığı kimi, hakimiyyət tərəfindən azadlığın məhdulaşdırlmasının nə demək olduğunu Acarada yaxşı bilirsiniz.  1991-ci ildən 2004-cü ilə qədər, sankı müstəqil respublikada yaşayan insanların bu bölgədə, bu şəhərdə azad yaşayışı yox idi, çünki bir insan idarə edirdi. Təəssüflər olsun ki, həmin reallıqla insanların bir hissəsi barışdı. Lakin elə insanlar da çıxdılar ki, təyyarəyə minib getməyənə qədər ediraz etdilər. İndi isə, eyni vəziyyətdəyik, daha böyük miqyasda, milli səviyyədə, İvanişvili miqyasında. Biz yenidən seçkilərin keçirilməsini deyil, 31 oktyabrda keçirilməyən seçkiləri tələb edirik”, – Meliya bəyan etdi.

Şərh yaz