Nika Melia - Etiraz hərəkatı çərçivəsində tez-tez spontan qərarlar qəbul edəsi olacağıq, lakin bu gün mütləq məhkəmənin yaxınlığında olmalı idik
Biz bu etiraz hərəkatı çərçivəsində tez-tez spontan qərarlar qəbul edəsi olacağıq – bu haqda “Axali” partiyasının liderlərindən biri Nika Melia Apellyasiya Məhkəməsi yaxınlığında keçirilən aksiyada deyib.
O deyib ki, çox tezliklə, çoxları üçün gözlənilmədən hakimiyyət sadəcə olaraq xalqın fəallığı ilə parçalanacaq.
“Gələcək nəsillərin qayğısız şəkildə dinc və güclü dövlətdə yaşaya bilməsi üçün indi, yaxın günlərdə və həftələrdə hamımızın küçələrdə olmağımız daha yaxşıdır. Bu gün spontan və dəyişən konkret yığıncağımız bu məqsədə xidmət edir. Bu etiraz hərəkatı çərçivəsində tez-tez spontan qərarlar qəbul edəsi olacağıq, lakin bu gün mütləq məhkəmənin yaxınlığında olmalı idik. Çox tezliklə balqabaq kimi partlayacaq bu rejimin nə üzərində dayandığını hamı görməlidir. İnanıram ki, oxşar rejimlər şam kimi ərimir. İnanıram ki, güclü və davamlı müqavimət şəraitində hakimiyyət, nəsə bir ağır əşya kimi bir çoxları üçün gözlənilmədən sürətlə düşəcək. Bu hakimiyyət ağır şkaf kimi düşəcək. Heç kimin hakimiyyətin şam kimi əriyəcəyinə dair gözləntisi olmamalıdır. Çox tezliklə, çoxları üçün gözlənilmədən hakimiyyət sadəcə olaraq xalqın fəallığı ilə parçalanacaq. Fəallığın isə, artmaqda olduğunu görürük” – Nika Melia bildirib.
Bu gün müxalifətin liderləri Apellyasiya Məhkəməsinin yanına toplaşmışdılar. Dünən aksiyanın İdman Sarayının yaxınlığında keçiriləcəyi elan edildi, lakin bu gün müxalifət qərarını dəyişdi. Müxalifətin liderləri, Tetritsğaro məhkəməsinin qərarından sonra planın dəyişdiyini dedilər. Onların sözlərinə əsasən, Apellyasiya Məhkəməsindən ədalətli müzakirəni tələb etmək mühüm idi. Bununla yanaşı, Apellyasiya Məhkəməsində bu günə təyin olunmuş şikayətlərin müzakirəsi təxirə salınıb.