Nika Kvarasxeliyanın qətli işi üzrə Ako Çelidze 17 illik, Giorgi Kaviladze isə, 16 illik həbs cəzasına məhrum edildi
Nika Kvarasxeliyanın qətli işi üzrə Ako Çelidze 17 illik, Giorgi Kaviladze isə, 16 illik həbs cəzasına məhrum edildi

Nika Kvaratsxeliyanın qəsdən öldürülməsi işi üzrə təqsirləndirilən Ako Çelidze və Giorgi Kaviladzeyə Tbilisi Şəhər Məhkəməsi hökm çıxardı. Ako Çelidze 17 illik, Giorgi Kaviladze isə, 16 illik həbs cəzasına məhrum edildi.

Hakim David M1eliaşvilinin açıqlamasına görə, iş üzrə tədqiq edilən sübutlar qrup cinayətini sübut edir.

Hökm elan olunan zaman təqsirləndirilən şəxslərin özləri məhkəmə zalında olmayıblar. Onlar prosesə onlayn rejimdə qoşuldular.

2021-ci il sentyabrın 15-də Nika Kvaratsxeliya Tbilisidə, Anjaparidze küçəsində odlu silahdan atəşə tutuldu. Nika Kvaratsxeliya aldığı xəsarətlər nəticəsində xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdi.