Nika Qvaramia - Seçkilərin nəticələri ləğv olunacaq, yeni seçkilər keçiriləcək, qalib gələn, qalib gəlsin, bunun “Gürcü Arzusu” ola bilməyəcəyini görəcəksiniz
Nika Qvaramia - Seçkilərin nəticələri ləğv olunacaq, yeni seçkilər keçiriləcək, qalib gələn, qalib gəlsin, bunun “Gürcü Arzusu” ola bilməyəcəyini görəcəksiniz

 

Seçkilərin nəticələri ləğv olunacaq, yeni seçkilər keçiriləcək, qalib gələn, qalib gəlsin, bunun “Gürcü Arzusu” ola bilməyəcəyini görəcəksiniz – bu haqda “Dəyişiklik naminə Koalisiyası”nın lideri Nika Qvaramia bildirib.

Qvaramianın jurnalistlərlə söhbətində qeyd etdiyi kimi, parlament qeyri-legitimdir və hamı bununla razılaşır.

“Dünən biz mandatlardan imtina edilməsi ilə bağlı bəyanat verdik. Nəticələrin tanınmasından sonra bu mümkün olduğuna görə siyahıların buraxılması mümkün olan kimi bu siyahıları da buraxacağıq. Bununla bağlı hamının razılığı var” – Nika Qvaramia bildirib.

Nika Qvaramia bildirir ki, “karusel” vasitəsilə saxtalaşdırma edilib.

“Bir nəfər bir çox məntəqədə səs verirdi. Həmçinin, “Gürcü Arzusu”nun tərəfdarlarına iki bülletenin verilməsi də “karusel”in yeni formasıdır” – Nika Qvaramia bildirib.

ATƏT/DTİHB-nin oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı qiymətləndirməsinə gəlincə, Nika Qvaramia deyir : “Pozuntularla bağlı bir çox bəndlərlə razılaşır, lakin qiymətləndirmənin bütün bəndləri onun üçün məqbul deyil”.

“Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyi mənim üçün İncil deyil ki, hər şeylə razılaşım” -Nika Qvaramia bildirib.