Niçbisi-Didqori-Didi Toneti yolunun müəyyən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Niçbisi-Didqori-Didi Toneti yolunun müəyyən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 

Niçbisi-Didqori-Didi Toneti yolunun müəyyən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib – bu haqda məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Mürəkkəb meteoroloji şərait (çovğun, şaxta (don) və görmə məsafəsinin məhdudlaşması) səbəbilə respublika əhəmiyyətli Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunun 2km-28km hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılır” – Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunub.