Niçbisi-Didqori-Didi Toneti yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Niçbisi-Didqori-Didi Toneti yolunda avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 
Respublika əhəmiyyətli Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilir. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında deyilir.

Qurumun məlumatına əsasən, məhdudiyyətə səbəb ağır meteoroloji şərait, konkret olaraq qar, çovğun və görmə məsafəsinin məhdudlaşması olub.