Niçbisi-Didqori-Didi Toneti yolunda avtomobillərin hərəkəti qadağandır
Niçbisi-Didqori-Didi Toneti yolunda avtomobillərin hərəkəti qadağandır. – Bu məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.
“Çətin meteoroloji şəraitlə (qar, buz və görüntünün məhdud olması) daxili dövlət əhəmiyyətli Niçbisi-Didqori-Didi Toneti yolunda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb”. – Bu barədə Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.