Güclü yağışdan yaranan daşqın Nigeriyada 88 nəfərin həyatına son qoyub.
Nigerin mərkəzi ştatında ticarət şəhəri Mokvada daşqın 50-dən çox evi dağıdıb.
Ölkənin Niger ştatının paytaxtı Minanın Əməliyyatlar Ofisinin rəhbəri Huseyn İsah bildirib ki, xilasetmə işləri hələ də davam edir, lakin bir çox insan hələ də risk altındadır.
Eyni zamanda, Niger ştatının Fövqəladə Halların İdarəolunması Agentliyinin mətbuat katibi İbrahim Audu Huseyn bildirib ki, qurbanların sayı ehtimal ki, artacaq.
Mokva şəhəri ölkənin cənubundan gələn tacirlər və şimaldan gələn fermerlər üçün mühüm yerli mərkəzdir.
Daşqına bir neçə saat davam edən güclü yağış səbəb olub, bu da yaxınlıqdakı bəndin dağılmasına gətirib çıxarıb.
Nigeriyanın Meteorologiya Agentliyi ölkənin 36 ştatından 15-də mümkün daşqın təhlükəsi barədə məlumat yayıb. Nigeriyada yağış mövsümü yeni başlayıb və adətən təxminən altı ay davam edir.