Niderlandın xarici işlər naziri - Gürcüstan hökuməti yeni seçkilər keçirmək məsələsini nəzərdən keçirməlidir, bu çox vacibdir
Gürcüstan hökuməti yeni seçkilər keçirmək məsələsini nəzərdən keçirməlidir, bu çox vacibdir – bu haqda Niderlandın xarici işlər naziri Kaspar Veldkamp Brüsseldə Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlayıb.
“Yeni seçkilər məsələsi nəzərdən keçirilməlidir, çünki seçkilərdən əvvəl qeyri-bərabər şərait mövcud idi və seçki prosesinin özündə bir çox pozuntu aşkar edilmişdi. Hesab edirəm ki, Gürcüstan hökuməti yeni seçkilər keçirmək məsələsini nəzərdən keçirməlidir. Bu çox vacibdir. Niderland gürcü xalqının yanındadır, o cümlədən onların avropalı gələcəyi məsələsində də və biz bu dəstəyi davam etdirəcəyik” – Kaspar Veldkamp bildirib.