Niderlandın xarici işlər naziri - Gürcüstan əhalisinin böyük hissəsi Avropayönümlüdür, Avropa üfüqünə can atmaq istəyirlər, biz onları bu mövqeyi qoruyub saxlamağa çağırırıq
Gürcüstanda baş verən geriləmə çox narahatedicidir – bu haqda Niderlandın xarici işlər naziri Kaspar Valdkamp Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə gedərkən jurnalistə deyib.
O bildirib ki, Gürcüstan əhalisinin böyük hissəsi Avropayönümlüdür, Avropa üfüqünə can atmaq istəyirlər və onları bu mövqeyi qoruyub saxlamağa çağırırlar.
“Gürcüstanda baş verən geriləmə çox narahatedicidir. Siz Avropa İttifaqının ali nümayəndəsi xanım Kalasın və genişlənmə məsələləri üzrə Avropa komissarı xanım Kosun bəyanatını gördünüz. Avropa İttifaqının mühüm üzvü kimi Niderland bu bəyanatı tam dəstəkləyir. Biz Gürcüstanda hadisələrin inkişafından çox narahatıq, çünki biz görürük ki, Gürcüstan əhalisinin böyük hissəsi Avropayönümlüdür, Avropa üfüqünə can atmaq istəyirlər və biz onları bu mövqeyi qoruyub saxlamağa çağırmaq istəyirik” – Kaspar Valdkamp bildirib.