Niderlandda növbədənkənar parlament seçkiləri nəticəsində Avropayönümlü “Demokratlar 66” partiyası və sağçı “Azadlıq Partiyası” parlamentdə 26-26 yer tutacaqlar

10:26, 30.10.2025

 

Niderlandda növbədənkənar parlament seçkilərində səslərin 90%-i hesablandıqdan sonra Avropayönümlü “Demokratlar 66” partiyası və sağçı “Azadlıq Partiyası”nın parlamentdə 26-26 yer tutacaqları məlum oldu.

Niderlandın ifrat sağçı “Azadlıq Partiyası”nın lideri Xeert Vilders partiyasının yer itirməsindən məyus olduğunu və ehtimal ki, gələcək hökumətin bir hissəsi olmayacağını qeyd edib. Lakin, Vilders müxalifətdən mübarizəni davam etdirəcəyini bildirib.

“Daha çox yer qazanmaq istəyirdik, lakin bu, partiyamızın xəritədən silindiyi mənasına gəlmir” – Xeert Vilders bildirib.

Medianın yazdığı kimi, bu, “Demokratlar 66” partiyasının lideri Rob İetenə hökumət qurmağa və 38 yaşında Niderlandın ən gənc baş naziri olmağa imkan verir.

Partiyalar 150 yerlik parlamentdə çoxluq üçün 76 yerə ehtiyac duyurlar. İlkin məlumatlara əsasən, koalisiya yaratmaq lazım olacaq.

Oxşar