Niderlandda növbədənkənar parlament seçkiləri keçirilir
Niderlandda növbədənkənar parlament seçkiləri keçirilir

 

Niderlandda növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə 10 000-dən çox seçki məntəqəsi yerli vaxtla saat 07:30-da açılıb və saat 21:00-da bağlanacaq.

Növbədənkənar parlament seçkiləri ifrat sağçı “Azadlıq Partiyası”nın hakim koalisiyadan çıxdığını elan etməsindən və hökumət koalisiyasının dağılmasından sonra təyin edilib. Partiyalar 150 yerlik parlamentdə çoxluq üçün 76 yerə ehtiyac duyurlar, lakin sorğuya əsasən, heç bir partiya mütləq çoxluq qazana bilməyəcək, bu səbəbdən koalisiya yaratmaq lazım gələcək.

Medianın yazdığı kimi, sorğulara əsasən, üç partiyanın bərabər göstəricisi var, bu isə koalisiyanın formalaşmasını çətinləşdirir və ehtimal ki, qeyd olunanla əlaqədar uzunmüddətli danışıqlar aparılacaq. Seçkilərə qədər keçirilmiş sorğuya əsasən, “Azadlıq Partiyası” (PVV) 23 yer, “Yaşıllar və Əmək Partiyası Alyansı” (GL-PvdA) 23 yer, “Demokratlar 66” (D66) 23 yer, “Xristian Demokratlar” (CDA) 19 yer və “Azadlıq və Demokratiya Naminə Xalq Partiyası” (VVD) 17 yer qazanacaq.