Niderlandda dəmir yolu hərəkəti relslərə qəsdən bərkidilmiş borulara görə ləngiyib, bu da ehtimal ki, sabotajla bağlıdır

16:37, 15.09.2026

 

Niderlandda bu gün səhər dəmir yolu hərəkəti relslərə qəsdən bərkidilmiş borulara görə ləngiyib, bu da ehtimal ki, sabotajla bağlıdır. Niderlandın infrastruktur şirkəti “ProRail”in bəyanatına əsasən, ləngimənin 20-yə yaxın halı qeydə alınıb.

“Bu mərhələdə görünür bu, insanın əməli ilə törədilən dəmir yolu hərəkətinin qəsdən ləngidilməsidir. Məsuliyyəti kimin daşıdığı və ya motivin nə olduğu hələlik məlum deyil” – şirkətdən bəyan ediblər.

“ProRail”in bəyanatında deyilir ki, borular təkcə dəmir yolu hərəkətini ləngitməyib, həm də bütünlüklə yol hərəkətini də paraliz edib, çünki bir neçə dəmir yolu və avtomobil keçidi bağlanıb.

Baş verənlərlə bağlı istintaq başladılıb.

Oxşar