Niderland İrandakı səfirliyinin işçilərini müvəqqəti olaraq Azərbaycana köçürəcək
Niderland İrandakı səfirliyinin işçilərini müvəqqəti olaraq Azərbaycana köçürəcək

 

Niderland İrandakı səfirliyinin işçilərini müvəqqəti olaraq Azərbaycana köçürəcək. Bu haqda Niderlandın xarici işlər naziri Tom Berendsen bildirib.

O bildirib ki, işçilərin köçürülmənin səbəbi İranda mövcud vəziyyətə görə yaranmış təhlükəsizlik çağırışlarıdır.

“Əməkdaşlarımızın təhlükəsizliyi üçün artan risklərə görə qərara alındı ki, İrandakı Niderland səfirliyinin fəaliyyəti müvəqqəti olaraq Bakıya Azərbaycana köçürülsün. Bu yaxınlarda səfir Emil de Bont və onun komandası ilə danışdım. Onların təhlükəsiz şəkildə Azərbaycana çatmasına şadam. Çətin vaxtda göstərdikləri böyük səylərə görə onlara dərin hörmət və təşəkkürümü bildirirəm. İrandakı cari hadisələri diqqətlə izləyirik. Təhlükəsizlik vəziyyətindən irəli gələrək, səfirliyimizin Tehrandakı fəaliyyətinin nə vaxt və hansı formada bərpa olunacağına qərar veriləcək” – Berendsen bildirib.