Neymar - Çempionlar Liqası barəsində çox düşünürəm, tarix yaratmaq istəyirəm
Neymar - Çempionlar Liqası barəsində çox düşünürəm, tarix yaratmaq istəyirəm

“Pari Sen-Jermenin” forvardı, Neymar etiraf etdi ki, Çempionlar Liqasının yeniləşməsini səbirsizliklə gözləyir. Öz rəsmi “tvitter” səhifəsində Neymar yazdı ki, stadiona qayıtmağına sevinir və komandasına qələbədə yardım etməyə hazırdır.

“Sözsüz ki, Çempionlar Liqası barəsində çox düşünürəm. Biz güclü qrupda idik, lakin pley-offa düşdük. Ən çox mübarizə üçün darıxmışam. Yeni tarix yazmaq istəyirəm”, – frovard bəyan etdi.

İki gün bundan əvvəl, Neymar məhkəmə prosesini uduzdu və “Barselonaya” 6.7 milyon avro ödəməlidir.