“New York Times” – Volodimir Zelenski ABŞ-dan “Tomahawk” tipli qanadlı raketlər tələb edib

21:40, 29.10.2024

 
Amerikanın “New York Times” qəzeti anonim mənbələrə istinadən bildirir ki, Ukrayna hakimiyyəti tərəfindən təqdim edilmiş “Qələbə planı”nın məxfi hissəsində Ukraynanın Prezidenti Volodimir Zelenski ABŞ-dan “Tomahawk” tipli qanadlı raketlər tələb edib.

Qəzetin mənbələrindən biri deyib ki, Amerika hakimiyyəti siyasi, eləcə də obyektiv səbəblərdən bu tələbi tamamilə qeyri-real hesab edib.

“Tomahawk”ın təsir radiusu 1500 mil və ya 2400 kilometrdən çoxdur. Ukrayna ərazisindən onlardan istifadə etməklə Rusiyanın Avropa hissəsinə və Qərbi Omsk vilayəti də daxil olmaqla Uraldan o tərəfə hücumlar həyata keçirmək olardı.

Məlumat üçün bildirək ki, ABŞ Ukraynaya Amerikanın “ATACMS” tipli raketlərindən Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün istifadə etməyə icazə vermir. “ATACMS”ın təsir radiusu “Tomahawk”larla müqayisədə 6-7 dəfə azdır.

Bununla yanaşı, “New York Times”ın yazdığı kimi, Rusiyada mümkün hərbi hədəflərin sayı Amerikanın müdafiə qüvvələrinin imkanlarının azalmaması üçün ABŞ tərəfindən hipotetik şəkildə verilmiş raketlərin sayından qat-qat çoxdur.

“New York Times”ın mənbəsi bildirib ki, Zelenskinin düşüncəsilə, “Tomahawk” raketlərinin Ukraynada yerləşdirilməsi Rusiyanın “Qeyri-nüvə çəkindirici” strategiyasının elementi olmalı idi.

Oxşar