"New York Times" - Ukrayna tərəfindən Rusiyaya təqdim olunan memorandum beynəlxalq tərəfdaşların nəzarəti ilə quruda, dənizdə və səmada atəşkəsi nəzərdə tutur
"New York Times" - Ukrayna tərəfindən Rusiyaya təqdim olunan memorandum beynəlxalq tərəfdaşların nəzarəti ilə quruda, dənizdə və səmada atəşkəsi nəzərdə tutur

 

Ukrayna tərəfindən Rusiyaya təqdim olunan memorandum beynəlxalq tərəfdaşların nəzarəti ilə quruda, dənizdə və səmada atəşkəsi nəzərdə tutur.

Bu barədə “New York Times” adının açıqlanmasını istəməyən ukraynalı yüksək rütbəli məmura istinadən yazır.

Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Keloqi Ukraynanın memorandumunun 22 şərti əhatə etdiyini demişdi. Donald Tramp administrasiyasının üzvü Ukrayna tərəfinin sənədini “olduqca yaxşı” və “ağlabatan” kimi qiymətləndirib.

“New York Times”ın yazdığı kimi, Kiyevdə Rusiyanın nəzarət etdiyi ərazilərdən qoşunların çıxarılması kimi Kiyev üçün qəbuledilməz şərtlər təklif etməklə Ukrayna nümayəndə heyətini tələyə sala biləcəyindən və sonra isə Ukraynanı danışıqları pozmaqda ittiham edə biləcəyindən ehtiyat edirlər.

Ukrayna hakimiyyəti bəyan edir ki, Rusiya tərəfinə və ABŞ-a memorandumun öz versiyasını artıq verib. Rusiyada isə memorandumu yalnız danışıqların sonrakı raundunda təqdim edəcəklərini bildirirlər, buna görə isə Kiyev Kremli sülh prosesini yubatmaqda ittiham edir.

“ABC News”a danışan Kit Keloqi həmçinin bildirib ki, NATO-nun şərqə doğru potensial genişlənməsi ilə bağlı Rusiyanın narahatlığı ədalətlidir. NATO-nun genişlənməsinin dayandırılması ilə bağlı Rusiya təkcə Ukraynadan deyil, həm də Gürcüstan və Moldovadan da danışır, “biz deyirik, sizin sərhədinizədək genişlənmənin dayandırılmasını müzakirə edə bilərik”.