"New York Times" - Ukrayna ABŞ-a göndərilən sülh planında silahlı qüvvələrin Donbasdan çıxarılması imkanını istisna edib
“New York Times” qəzetinin məlumatında, Ukraynanın ABŞ-a göndərilən sülh planında silahlı qüvvələrin Donbasdan çıxarılması imkanını istisna etdiyi deyilir.
Nüfuzlu Amerika nəşrinin xəbər verdiyi kimi, Ukrayna hakimiyyətinin Vaşinqtona göndərdiyi planda Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərq hissəsində yerləşən və hazırda Rusiya tərəfindən işğal olunmayan ərazi üzərində nəzarəti qoruyub saxlamalı olduğu deyilir.
Ukrayna tərəfi tərəfindən tərtib olunmuş və 20 bənddən ibarət plan dekabrın 10-da Tramp administrasiyasına göndərilib. “New York Times”ın yazdığı kimi, Kiyevin qırmızı xəttlərini təmsil edən bəndlər bu sənəddən çıxarılıb. Onlardan biri Donbas ərazisinə aid idi.
Həmçinin, Ukrayna Qərbdən Rusiyanın gələcək təcavüzündən Kiyevi qorumaq üçün hüquqi cəhətdən möhkəmləndirilmiş təhlükəsizlik zəmanətləri verməsini tələb edir.
Məlumat üçün bildirək ki, Ukraynada müharibənin bitməsi məsələsi ilə bağlı danışıqlar bu gün Berlində davam edəcək.