“New York Times” – Rusiya zenit-raket komplekslərini və hərbçilərin bir hissəsini Suriyadan çıxardı və kontingentin böyük bir hissəsini Ukraynaya göndərdi

10:38, 20.10.2022

“New York Times” nəşrinin məlumatına görə, Rusiya “C300” zenit-raket komplekslərini və hərbçilərin bir hissəsini Suriyadan çıxardı. Medianın məlumatına görə, söhbət 1 600 hərbçidən gedir.

Nəşr qərb və İsrail mənbələrinə istinadən yazır ki, kontingentin böyük bir hissəsi Ukraynaya göndərildi.

Bu məlumatı nəşrə iki qərbli diplomat və İsrailin hərbi yüksək vəzifəlilərdən biri təsdiq edir.

Oxşar