New York Times - Pentaqon naməlum uçan obyektlərin öyrənilməsinə milyonlarla dollar sərf etmişdir
Pentaqon naməlum uçan obyektlərin öyrənilməsinə milyonlarla dollar xərclədi, – bu barədə New York Times yazır.
New York Times-in məlumatına görə, “əcnəbiplanetlilərin gəmisinin” aşkar edilməsinə illər ərzində milyonlarla dollar ayrılıb.
Söhbət “kosmik və hava məkanında təhlükələrin aşkar edilməsi” proqramından gedir. Bunun çrçivəsində də hər il hərbi bedcədən 22 milyon dollar xərclənirdi.
Jurnalistlərinaraşdırmasına görə, proqram 2007-ci ildə Senatda demokrat Harri Ridin təşəbbüsü ilə başladı və 2012-ci ilə qədər fəaliyyət göstərirdi. Layihəyə Kəşfiyyat Xidmətinin əməkdaşı Luis Elizondo rəhbərlik edirdi.