"New York Times" - İsrail 2024-cü ilin dekabrında İrana hücumu planlaşdırmağa başlayıb, bu barədə Benyamin Netanyahu Donald Trampı fevralda məlumatlandırıb
"New York Times" - İsrail 2024-cü ilin dekabrında İrana hücumu planlaşdırmağa başlayıb, bu barədə Benyamin Netanyahu Donald Trampı fevralda məlumatlandırıb

 

İsrail 2024-cü ilin dekabrında İrana hücumu planlaşdırmağa başlayıb, bu barədə Benyamin Netanyahu Donald Trampı fevralda məlumatlandırıb – bu haqda “New York Times” yazır.

Nəşrin yazdığı kimi, İrana hücumun planlaşdırılması “Hizbullah”ın məhv edilməsindən və Suriyada hava dəhlizini açan Bəşər Əsəd rejiminin devrilməsindən sonra başlayıb.

Məqaləyə əsasən, İsrailin Baş naziri Benyamin Netanyahu fevralda Ağ Evə səfəri zamanı İranın nüvə proqramı ilə bağlı öz baxışını Donald Trampa təqdim edib və bu zaman ABŞ Prezidenti orta yol tutmağa və ABŞ kəşfiyyatı vasitəsilə bu hücumlara gizli şəkildə dəstək göstərməyə qərar verib.

Həmçinin, son aylarda və günlər ərzində Donald Trampın İranla bağlı baxışlarının dəyişməsi məqalədə ətraflı şəkildə təsvir olunub.