“New York Times” - İran Fars körfəzi bölgəsində Amerikanın ən azı 17 obyektinə zərbə endirib, əsas diqqət radar və rabitə sistemlərinə yetirilib
Cari müharibə fonunda İran Fars körfəzi bölgəsində Amerikanın ən azı 17 obyektinə zərbə endirib. Əsas diqqət radar və rabitə sistemlərinə yetirilib – bu haqda məlumatı “New York Times” yayır.
Nəşr bu barədə təsdiqlənmiş videolara, rəsmi bəyanatlara və 11 ABŞ hərbi obyektini əhatə edən peyk şəkillərinin təhlilinə istinadən yazır.
Hesabatda deyilir ki, obyektlərin əksəriyyətinə ciddi ziyan dəyib və onları bərpa etmək çətin olacaq.
ABŞ rəsmi şəxslərinə istinadən hesabatda bəhs olunub ki, İranın Amerikanın əsas hədəflərini vurmaq qabiliyyəti Tramp administrasiyasının gözləntisini aşıb.