“New York Times” – İlon Maskın iş otağını Donald Trampın kabinetinə yaxın hazırlayırlar

14:21, 14.01.2025

 
Donald Trampın yeni administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edəcək amerikalı milyarder İlon Maskın iş otağını Ağ Evdə, seçilmiş prezidentin kabinetinə yaxın hazırlayırlar.

Bu haqda məlumatı “New York Times” iki məlumatlı mənbəyə istinadən yayır.

Qəzet qeyd edir ki, belə bir fürsət İlon Maska Donald Tramp prezident vəzifələrini yerinə yetirməyə başlayanda onunla əlaqə saxlamasına imkan verəcək.

Oxşar