"New York Times" - Entoni Blinken Rusiyanı terrorizmin sponsoru dövləti kimi tanımağa hazır deyil
"New York Times" - Entoni Blinken Rusiyanı terrorizmin sponsoru dövləti kimi tanımağa hazır deyil

“New York Times”-ın məlumatına görə, Entoni Blinken Rusiyanı terrorizmin sponsoru dövləti kimi tanımağa hazır deyil.

Nəşrin məlumatına görə, Blinken Rusiyaya terrorun dövlət sponsoru statusunun verilməsinin ABŞ-ı Rusiya Federasiyası ilə işgüzar əlaqələri olan bəzi müttəfiq dövlətlərə qarşı sanksiyalar tətbiq etməyə məcbur edəcəyindən ehtiyat edir.

Bununla yanaşı, Blinkenin fikrincə, terroru dəstəkləyən ölkə statusu veriləcəyi təqdirdə, Rusiya ilə diplomatik münasibətləri minimum səviyyədə belə saxlamaq çətin olacaq.

Xatırladırıq ki, bu həftə ABŞ Senatı ABŞ Dövlət Departamentini Rusiyanın Çeçenistan, Suriya, Gürcüstan və Ukraynada törətdiyi cinayətlərə görə, Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağıran qətnaməni yekdilliklə dəstəklədi.