“New York Times” – Donald Tramp vergiödəyicilərinin vəsaitindən 20 milyon dolların milli televiziya reklam məkanının alınması üçün istifadəsini şəxsən təsdiqləyib

17:05, 03.10.2026
Screenshot

Screenshot

 

ABŞ Prezidenti Donald Tramp vergiödəyicilərinin vəsaitindən 20 milyon dolların milli televiziya reklam məkanının alınması üçün istifadəsini şəxsən təsdiqləyib. Maliyyə vəsaiti aralıq seçkiləri ərəfəsində onun prezidentliyinin təriflənməsi üçün istifadə olunacaq – bu barədə “New York Times” məsələ ilə əlaqəli mənbələrə istinadən yazır.

Mənbələrə görə, Tramp reklamların efirə verilməsini istəyir və İdarəetmə və Büdcə Ofisinin direktoru Rasel Vota federal büdcədə lazımi vəsaitlərin tapılmasını şəxsən tapşırıb.

“New York Times yazır ki, sentyabrın 19-da İdarəetmə və Büdcə Ofisi Gömrük və Sərhəd Mühafizəsi fondlarından 20 milyon dolları “Bir böyük, gözəl qanun layihəsinin qeyd olunma tədbirləri” adlı büdcə kateqoriyasına köçürüb.

Onların məlumatına əsasən, hələlik efirə dörd reklam gedib və tənqidçilər bunları qanunsuz hökumət təbliğatı adlandırırlar. Reklamlar “Fox News”, “CNN” və “MS Now”da yayımlanıb.

Ağ Ev baş verənlərlə bağlı bildirib ki, reklamlar məqsədəuyğundur, çünki onlar tamaşaçıları hər hansı bir namizədə səs verməyə çağırmır.

Qeyd edək ki, keçən ay ABŞ Prezidenti Donald Tramp “CNN”, “MS NOW” və “Politico” nümayəndələrinin Ağ Evə buraxılmasını qadağan edəcəyini bildirmişdi. Tramp bu qərarını “onların daim yalançı reportajlar verməsi” ilə izah etmişdi. Sonradan media üçün qoyulan məhdudiyyət aradan qaldırıldı.

Oxşar