“New York Times” – Donald Tramp müharibə başa çatana qədər Rusiyanı biznes sövdələşmələri ilə “sakitləşdirməyi” nəzərdən keçirir
Donald Tramp müharibə başa çatana qədər Rusiyanı biznes sövdələşmələri ilə “sakitləşdirməyi” nəzərdən keçirir – bu barədə “New York Times” məlumat yayıb.
Amerika nəşrinin məlumatına görə, Ağ Ev Rusiyanın Ukrayna ilə müharibəni başa çatdırmasından əvvəl Rusiya ilə müəyyən biznes razılaşmalarının imzalanması imkanını nəzərdən keçirir. Məqsəd “xoş niyyətlərini təsdiqləməkdir”.
İki mənbənin məlumatına görə, administrasiya artıq Ukraynaya qarşı müharibədə hərbi əməliyyatların dayandırılması şərti olmadan Rusiya ilə müəyyən iqtisadi razılaşmaların imzalanması imkanını nəzərdən keçirir. ABŞ rəsmisinin sözlərinə görə, müharibə başa çatmazdan əvvəl belə razılaşmalar mümkün hesab olunur, çünki onlar “ABŞ-ın Rusiya ilə münasibətləri yenidən qurmaq məsələsinə ciddi yanaşdığını göstərəcək”.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, administrasiya Rusiya elitasına “daha çox stimul vermək” istəyir ki, onlar öz rəhbərliyini sülhə doğru sövq etsinlər.