“New York Times” – Donald Tramp administrasiyası Rusiya ilə çoxmilyardlıq neft sövdələşməsi üzrə danışıqlar aparır

19:48, 03.10.2026

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası bir neçə aydır Rusiya ilə çoxmilyardlıq neft sövdələşməsi üzrə danışıqlar aparır.

Səkkiz anonim mənbə ilə danışan “New York Times”ın məlumatına əsasən, söhbət Rusiyanın “Lukoil” şirkətinin qlobal aktivlərindən, o cümlədən neft yataqlarından, neft emalı zavodlarından və yanacaqdoldurma məntəqələrindən gedir.

Nəşrin məlumatına əsasən, Rusiya Prezidenti Vladimir Putin bu məsələni ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələləri üzrə baş danışıqçıları Stiv Uitkof və Cared Kuşner ilə sentyabrın 5-də Kremldə keçirilən görüş zamanı şəxsən müzakirə edib.

Bu sövdələşmənin əldə olunmasında amerikalı və Trampın siyasi layihələrinin maliyyələşdirənin də olduğu Yaxın Şərqdən olan investorlar qrupu maraqlıdır. Xüsusən, Trampın layihələrinə iki milyon dollar köçürən investor Tod Boel.

Nəşrin mənbələrdən birinə istinadən yazdığı kimi, bu sövdələşmə Putin üçün rusların ABŞ ilə biznes qura biləcəyini sübut etmək imkanıdır, Amerika tərəfi üçün isə Kreml ilə münasibətləri nizamlamaq və qlobal enerjidaşıyıcıların qiymətlərini endirmək fürsətidir.

“New York Times”ın qeyd etdiyi kimi, ABŞ tərəfindən sövdələşmənin təsdiqlənməsi və satış icazəsi “Lukoil” aktivlərindən sanksiyaları qaldıracaq və onların dəyərini kəskin şəkildə artıracaqdı. Tramp özü ikinci səlahiyyət müddətinin əvvəlində rus neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq etmişdi, lakin bu aktivlərin satılması üçün müddətlər müntəzəm olaraq uzadılır.

Oxşar