"New York Times" - Cari istintaqın ilkin rəyinə əsasən, İranda qızlar məktəbinə edilən hücum ABŞ hərbçilərinin səhvinin nəticəsi olub
"New York Times" - Cari istintaqın ilkin rəyinə əsasən, İranda qızlar məktəbinə edilən hücum ABŞ hərbçilərinin səhvinin nəticəsi olub

 

Cari hərbi istintaq İranda qızlar məktəbinə edilən hücuma görə Amerika Birləşmiş Ştatlarının məsuliyyət daşıdığını müəyyən edib – bu haqda “New York Times” yazır.

Nəşrin yazdığı kimi, hesabatda fevralın 28-də ibtidai məktəb binasına edilən hücumun ABŞ hərbçilərinin səhvinin nəticəsi olduğu deyilir. İlkin araşdırmaya əsasən, ABŞ hərbçiləri məktəb binasının əvvəllər tərkibində olduğu yaxınlıqdakı İran hərbi bazasına zərbələr endirirdilər. Məktəb İran hərbi bazasından təxminən 60 metr məsafədə yerləşir.

Rəsmi şəxslər rəylərin ilkin olduğunu və məlumatın niyə yoxlanılmadığı ilə bağlı cavabsız qalan vacib sualların olduğunu bildirirlər.

Məlumat üçün bildirək ki, İranın cənubundakı Minab şəhərində qızlar məktəbinə şənbə günü, ABŞ və İsrailin ölkəyə hücumlarının ilk günündə zərbə endirilib. İran dövlət mediası və səhiyyə rəsmiləri hücum nəticəsində əksəriyyəti uşaqlar olmaqla 175 nəfərin öldüyünü bildiriblər.