Netanyahu Trampla çətin telefon danışığı keçirdiyini inkar etmir - "Bəzən ən yaxşı ailələrdə olduğu kimi aramızda fikir ayrılıqları yaranır, lakin o mənə hörmət edir, mən də ona hörmət edirəm"
Netanyahu Trampla çətin telefon danışığı keçirdiyini inkar etmir - "Bəzən ən yaxşı ailələrdə olduğu kimi aramızda fikir ayrılıqları yaranır, lakin o mənə hörmət edir, mən də ona hörmət edirəm"

 

İsrailin Baş naziri Benyamin Netanyahu CNBC-yə müsahibəsində ABŞ Prezidenti Donald Trampla çətin telefon danışığı keçirdiyini inkar etməyib.

“Söhbətlərimizin təfərrüatlarına varmayacağam. Bizim minlərlə, çox sayda söhbətimiz olub. Əgər bunun böhran olduğunu düşünürsünüzsə, gərək digər söhbətlərimizi eşidəsiniz, lakin biz hər zaman bir çıxış yolu tapırdıq” – Netanyahu bildirib.

Netanyahu bildirib ki, o və Tramp “əsas məsələlərdə”, o cümlədən İranın İsrail, region və dünya üçün təhlükə yaratmasının qarşısının alınmasının zəruriliyi mövzusunda razılaşırlar.

“Bizim ortaq hədəflərimiz var. Bəzən, ən yaxşı ailələrdə olduğu kimi, taktik fikir ayrılıqlarımız olur. Biz hər zaman onları həll etməyin yolunu tapırıq. Bunu yaxşı dostlar kimi edirik. Səhər fikir ayrılığımız ola bilər, günorta isə artıq birlikdə hərəkət edirik. O mənə hörmət edir, mən də ona hörmət edirəm. Biz fikir ayrılıqlarımızı yoluna qoymaq üçün hər zaman yol tapırıq” – Netanyahu bildirib.