Nepalda təbii fəlakət nəticəsində həlak olanların sayı 900-ü keçib
Nepalda güclü daşqın nəticəsində həlak olanların sayı 900-ü keçib, 4 200-dən çox insan isə itkin düşmüş hesab olunur. Medianın məlumatına əsasən, bu barədə ölkənin Fəlakətlərin İdarəolunması Xidməti məlumat yayır.
Bununla yanaşı, məlum olduğu kimi, itkin düşənlər arasında 3 600-dən çox Nepal vətəndaşı, 592 nəfər isə xarici ölkə vətəndaşıdır. Yüzlərlə insan Nepal Su Elektrik Stansiyalarının əməkdaşı olub. Onlar fəlakət anında tunellərdə çalışırdılar.
Çinə gəlincə, dövlət mediasının məlumatına əsasən, Tibetdə həlak olanların sayı hazırda 16 nəfər təşkil edir, 546 nəfər isə itkin düşmüş sayılır.
Məlumat üçün bildirək ki, güclü daşqın Nepal və Tibetdə avqustun 26-da baş verib.