Nepalda təbii fəlakət nəticəsində həlak olanların sayı 1000-i keçib

21:34, 01.09.2026

 

Nepalda təbii fəlakət nəticəsində həlak olanların sayı 1 050 nəfərə çatıb. Bu vaxta qədər təxminən 4 000 nəfər itkin düşmüş hesab olunur, onların 580-i xarici ölkə vətəndaşıdır.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir.

Xilasedicilər itkin düşənləri ağır texnika, helikopterlər və ekskavatorlarla axtarırlar. Bu vaxta qədər 300-dək fəhlə tuneldə qalmaqdadır. Medianın məlumatına əsasən, xüsusi xilasetmə qrupları onları xilas etmək üçün müvəqqəti körpülər tikiblər.

Nepalın Baş naziri Balendra Başinin sözlərinə əsasən, axtarış-xilasetmə işləri zamanı artıq 11 mindən çox vətəndaş xilas edilib. Onun bəyanatına əsasən, bəzi ərazilərdə elektrik enerjisi və rabitə xətləri artıq bərpa olunub.

Məlumat üçün bildirək ki, Nepal və Tibetdə daşqın avqustun 26-da baş verib. Yayılan məlumata əsasən, uçan buz kütləsi çayın qarşısını kəsib, bundan sonra da palçıq və qopmuş ağac kütləsi yaşayış məntəqəsinə tərəf hərəkət edib.

Oxşar