Nepalda sel və torpaq sürüşməsi nəticəsində ən azı 17 nəfər həlak olub, 400-ə yaxın insan itkin düşmüş hesab olunur

17:36, 26.08.2026

Nepalda sel və torpaq sürüşməsi nəticəsində ən azı 17 nəfər həlak olub. Nepal və Çin sərhədində baş verən genişmiqyaslı sel evləri, yolları, körpüləri və elektrik infrastrukturu obyektlərini dağıdıb.
Ölkənin Turizm Şurasının məlumatına görə, 400-ə yaxın səyahətçi itkin düşmüş hesab olunur, onların 291-i xarici ölkə vətəndaşıdır.

Hadisəyə Nepalın xarici işlər naziri də münasibət bildirib və torpaq sürüşməsinə güclü zəlzələnin səbəb olduğunu qeyd edib.

Hindistanın Baş naziri Narendra Modi Nepal xalqına həmrəyliyini ifadə edib. Onun sözlərinə görə, Hindistan Nepala humanitar yardım göstərməyə hazırdır.

Bundan əlavə, seldən Tibet də zərər çəkib. Yerli medianın məlumatına görə, ölən və yaralananlar var. Çin Prezidenti Si Cinpin axtarış-xilasetmə işlərinə başlanması barədə göstəriş verib.

Oxşar