Nepalda hökumət tərəfindən sosial medianın qadağan olunmasına qarşı keçirilən nümayişlər zamanı ən azı 13 nəfər həlak olub
Nepalda hökumət tərəfindən sosial medianın qadağan olunmasına qarşı keçirilən nümayişlər zamanı ən azı 13 nəfər həlak olub

 

Nepalda hökumət tərəfindən sosial medianın qadağan olunmasına qarşı keçirilən nümayişlər zamanı ən azı 13 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

“BBC”nin yazdığı kimi, tələfata etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar səbəb olub.

Nepalın rabitə naziri Pritvi Subanın “BBC”yə dediyi kimi, polis su şırnaqları, dəyənəklər və rezin güllələr də daxil olmaqla güc tətbiq etmək məcburiyyətində qalıb.

Nəşrin məlumatına əsasən, hökumətin sosial media platformalarının saxta xəbərlərə, nifrət dilinə və onlayn dələduzluğa qarşı mübarizə üçün dövlət tərəfindən tənzimlənməli olduğu barədə bəyanatı əhalidə qəzəb doğurub.