Nepalda qar uçqunu nəticəsində yeddi alpinist həlak olub. Hadisə ölkənin şimal-şərq hissəsində, Dolakha rayonunda, Yalung Ri dağının baza düşərgəsinə yaxın ərazidə baş verib.
BBC, ekspedisiya agentliyi Seven Summit Treks-ə istinadən xəbər verir ki, həlak olan alpinistlərdən ikisi nepalı, beşi isə digər ölkələrdən — İtaliya, Kanada, Almaniya və Fransadan idi.
Bundan əlavə, hadisə zamanı beş alpinist müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər iki nəfərin cəsədini tapıblar, digər beş nəfərin axtarışı isə davam edir.