Nepalda daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 157-yə yüksəlib
Nepalda daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 157-yə yüksəlib. Məlumatı Nepal polisində təsdiqləyirlər.
Onların məlumatına əsasən, ən azı 41 yaralı xəstəxanaya yerləşdirilib. Yüzlərlə insanın yeri hələ də məlum deyil. Axtarış-xilasetmə işləri davam etdirilir.
Nepal və Çin sərhədi yaxınlığında miqyaslı daşqın Nepalda evlərə, yollara, körpülərə və elektrik enerjisi infrastrukturuna zərər vurub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Laienin bəyanatına əsasən, Avropa İttifaqı Nepal və Çində daşqınlar nəticəsində zərər çəkənlərə kömək etməyə hazırdır.