Nepalda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 162-yə, itkin düşənlərin sayı isə 1 500-ə çatıb

10:17, 27.08.2026

arasında ən azı 800 xarici vətəndaşın olduğu bildirilir.
Nepal hakimiyyətinin məlumatına görə, ölənlərin sayı 162-yə yüksəlib. Qurbanların böyük hissəsi Tibetdə yerləşən yüksək dağlıq müqəddəs məkan — Kaylasa-Manasarovara gedən zəvvarlar olub.
Məlumata görə, xüsusi qruplar helikopterlərlə hadisə yerində qalmış minlərlə insana zəruri yardımı çatdırırlar.
İlkin məlumatlara əsasən, bölgədə baş verən zəlzələnin buzlağın aşağı hissəsinin dağılmasına və bunun ardınca daşqına səbəb olduğu ehtimal edilir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, əvvəlcə 4,4 bal gücündə zəlzələ kimi qeydə alınan seysmik aktivliyə buzlaq süxurlarının və buz kütləsinin çökməsi səbəb olub.
ABŞ Dövlət Departamenti Nepalə fəlakətlərə reaksiya üzrə məsləhətçi göndərəcəyini və 500 min dollar yardım ayıracağını açıqlayıb. Kanadanın Baş naziri Mark Karni ölkəsinin vəziyyəti diqqətlə izlədiyini və yardım göstərməyə hazır olduğunu bildirib.
BMT-nin Baş katibi Antonio Quterreş isə BMT qruplarının və tərəfdaş təşkilatların zərərçəkənlərə yardım göndərdiyini deyib.

Oxşar