Nepalda daşqın və sel nəticəsində ölənlərin sayı artıb
Nepalda daşqın nəticəsində ölənlərin sayı artıb. Nepal polisinin son məlumatlarına görə, aşkar edilən cəsədlərin sayı 270-i ötüb. Bununla yanaşı, xilasetmə qruplarının məlumatına əsasən, 1 000-dən çox insan hələ də itkin düşmüş hesab olunur.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib ki, Nepalda baş verən daşqından sonra 100-ə yaxın Çin vətəndaşından xəbər yoxdur. Onun sözlərinə görə, Çin Nepal ilə sıx əlaqə saxlayır və birgə axtarış-xilasetmə işlərini dəstəkləyir.
İlkin məlumatlara görə, Nepal və Çin ərazisində baş verən zəlzələnin buzlağın aşağı hissəsinin çökməsinə və bunun ardınca daşqına səbəb olduğu ehtimal edilir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, əvvəlcə 4,4 bal gücündə zəlzələ kimi qeydə alınan seysmik aktivliyə buzlaq süxurlarının və buz kütləsinin çökməsi səbəb olub.
ABŞ Dövlət Departamenti Nepalə fəlakətlərə reaksiya üzrə məsləhətçi göndərəcəyini və 500 min dollar yardım ayıracağını açıqlayıb.
Kanadanın Baş naziri Mark Karni ölkəsinin vəziyyəti diqqətlə izlədiyini və yardım göstərməyə hazır olduğunu bildirib. BMT-nin Baş katibi Antonio Quterreş isə BMT qruplarının və tərəfdaşların zərərçəkənlərə yardım göndərdiyini deyib.