Nepalda daşqın nəticəsində ölənlərin sayı 469-a çatıb, 1 300-dən çox insan itkin düşmüş hesab olunur
A resident walks along a street covered in mud following flash floods and a landslide disaster in Devighat, in Nepal's Nuwakot district on August 26, 2026. A massive flood and landslide disaster on the Nepal-Tibet border killed at least 103 people on August 26, 2026 and left several hundred missing, many of them foreign tourists. Aid workers said entire settlements had been "wiped out". Some 403 tourists -- 341 of them foreigners -- were unaccounted for several hours after the disaster struck, according to the tourism ministry. (Photo by PRAKASH MATHEMA / AFP via Getty Images)
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469-a çatıb, 1 545 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 1 300-dən çox insan itkin düşmüş hesab olunur. İtkinlər arasında xarici ölkə vətəndaşları da var. Axtarış-xilasetmə əməliyyatı davam edir.
İtkin düşənlər arasında ən çox Hindistan vətəndaşları var. Hindistan hakimiyyətinin məlumatına görə, Nepalda ən azı 288 Hindistan vətəndaşının taleyi hələ də məlum deyil. Bununla yanaşı, təxminən 200 nəfər Çin ərazisində təcrid olunmuş vəziyyətdə qalıb.
Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Nepalda 100 Çin vətəndaşı itkin düşmüş hesab olunur.
Böyük Britaniya, ABŞ, Malayziya, Avstraliya, Kanada, Ukrayna, Cənubi Koreya, Rusiya, Almaniya, Latviya, Cənubi Afrika, Yaponiya və Yeni Zelandiya da öz vətəndaşlarının itkin düşməsi barədə məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Nepalın liderləri ilə danışdığını və ölkəyə yardım təklif etdiyini bildirib. Ağ Evdə jurnalistlərə açıqlamasında Tramp daşqını “dəhşətli mənzərə” adlandırıb və təbii fəlakətin “möhkəm, yaxşı tikilmiş binaları belə dağıtdığını” deyib. Onun sözlərinə görə, daşqından zərər çəkən ərazilərdə təxminən 50–60 ABŞ vətəndaşı olub, lakin onların tam qeydiyyatı hələ başa çatmayıb.
ABŞ Dövlət Departamentinin məlumatına görə, hazırda Nepal və Tibetdə 90 ABŞ vətəndaşının harada olduğu məlum deyil. Qurum ABŞ vətəndaşlarının həlak olması barədə hər hansı məlumat almadığını bildirib.
ABŞ həmçinin zərərçəkən əhaliyə yardım məqsədilə 500 min dollar ayıracağını təsdiqləyib. Vəsait təcili sığınacaqların, suyun, sanitariya və gigiyena vasitələrinin təmin edilməsinə yönəldiləcək.