Nepalda daşqın nəticəsində itkin düşənlərin sayı 2000-ə qədər artıb

21:08, 28.08.2026

 

Nepalda daşqın nəticəsində itkin düşənlərin sayı 2000-ə qədər artıb.

Nepal polisinin bəyanatına əsasən, yenilənmiş məlumatlara əsasən, dağıdıcı daşqın və sürüşmə nəticəsində ən azı 1 924 nəfər itkin düşmüş elan edilib. Polisin məlumatına əsasən, onların arasında 36 müxtəlif ölkənin 575 vətəndaşı da var.

Məlum olduğu kimi, fəlakət nəticəsində Hindistanın 183, ABŞ-nin 65, Ukraynanın 62 və Böyük Britaniyanın 33 vətəndaşı həyatını itirib və ya itkin düşmüş hesab olunur.

Bununla yanaşı, Nepalda fəlakət nəticəsində həlak olanların sayı 579-a qədər artıb.

Tibetə gəlincə, burada fəlakət ən azı beş nəfərin həyatına son qoyub.

Oxşar