Nepal hökuməti genişmiqyaslı etiraz aksiyaları fonunda sosial mediaya qoyulmuş qadağanı ləğv etdi
Nepal hökuməti genişmiqyaslı etiraz aksiyaları fonunda sosial mediaya qoyulmuş qadağanı ləğv etdi

 

Nepal hökuməti sosial mediaya qoyulmuş qadağanı ləğv edib.

“Reuters”-in yazdığına görə, hökumət bu qərarı ölkədə genişmiqyaslı etiraz aksiyalarının keçirilməsindən sonra qəbul edib. Polis ilə qarşıdurma zamanı ən azı 19 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb.

Bununla yanaşı, Nepal hökuməti paytaxt Katmanduda komendant saatı elan edib. Nəşrin məlumatına görə, hazırda Nepalda bütün sosial platformalar əlçatandır.

Nepalda genişmiqyaslı etiraz aksiyaları hökumətin sosial media platformalarının saxta xəbərlərə, nifrət nitqlərinə və onlayn fırıldaqlara qarşı mübarizə məqsədilə dövlət tərəfindən tənzimlənməsi barədə qərarından sonra başlanıb.