Nenskra çayında suyun səviyyəsi yenə artıb, təbii fəlakət yerində xüsusi texnika səfərbər olunub
Nenskra çayında suyun səviyyəsi artmağa davam edir, – bu barədə məlumatı hadisə yerində olan, Qaçqınlar və Münaqişə Zonalarından Məcburi Köçkünlər məsələləri üzrə nazir Sozar Subari verdi.
Onun dediyinə görə, su daşıb kəndlərə doğru getməyə davam edir.
“Vəziyyət ağırdır. Suyun səviyyəsi yenə artıb, çünki dünən bütün gecə yağış yağırdı” – dedi Subari.
Nazirin dediyinə görə, təbii fəlakət nəticəsində iki ev dağılıb və yenə səkkiz ev təhlükə altındadır.
Çuberi kəndində xilas etmə işlər dünən bütün gecə ərzində davam edirdi.
Güclü yağış nəticəsində, dağın bir hissəsi sürüşüb, çaya döküldü və suyun səviyyəsinin artması daşqına səbəb oldu.
Yağışın davam etdiyinə görə, Nenskra çayında, suyun səviyyəsi artmağa davam edir.