Nensi Pelosidən sonra, Tayvana Konqresin nümayəndə heyəti səfər etdi
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri. Nensi Pelosidən sonra beş nəfərlik Konqres heyəti gözlənilmədən Tayvana səfər etdi. Məlumatı “BBC” yayır.
Tayvandakı Amerika İnstitutundan verilən açıqlamaya görə, nümayəndə heyətinin üzvləri Tayvanda Hind-Sakit okean bölgə turu çərçivəsindədilər və bazar ertəsinə qədər adada qalacaqlar.
Nümayəndə heyətinə demokrat senator, Ed Markey rəhbərlik edir və qrup Tayvan hakimiyyəti ilə bölgə təhlükəsizlik, ticarət və sərmayə məsələlərini müzakirə edəcək. Bazar ertəsi onlar prezident Tsay İnq-Venlə görüşəcəklər.
Qeyd edək ki, Nensi Pelosinin 12 gün əvvəl adaya səfərindən sonra Çinin narazılığı baş verdi və Tayvan adası ətrafında başlayan və bu gün də davam edən irimiqyaslı hərbi təlimlər keçirilir.