Nensi Pelosi - Ukraynaya böyük kədərlə gəldik, lakin böyük qürurla, nə edilməli olduğunu dərk edərək tərk edirik
Ukraynaya böyük kədərlə gəldik, lakin böyük qürurla, nə edilməli olduğunu dərk edərək tərk edirik, – Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Nensi Pelosi Kiyevdən qayıtdıqdan sonra Polşada keçirdiyi mətbuat konfransında bəyan etdi.
Nensi Pelosinin qeyd etdiyi kimi, onun nümayəndə heyəti Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək şərəfinə nail oldu.
Nümayəndələr Palatasının spikeri dediyinə görə, danışıqlarda təhlükəsizlik və iqtisadiyyat, humanitar yardım və qələbədən sonrakı yenidənqurma məsələləri müzakirə olunub.
Pelosinin sözlərinə görə, o, Ukrayna prezidentinə ABŞ Konqresinin birlik ismarıcını, eləcə də onun rəhbərliyinin Amerika xalqı tərəfindən yüksək qiymətləndirilməsini və Ukrayna xalqının cəsarətinə heyran olduğunu çatdırdı.
“Amerika Ukraynanın yanındadır, biz qələbəyə qədər Ukraynanın yanındayıq və NATO-nun yanındayıq”, – ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri bəyan etdi.
Nensi Pelosi və onun nümayəndə heyətinin Kiyevə səfəri barədə məlumatı bu gün Ukrayna prezidentinin ofisi yaydı.