Nensi Pelosi Tayvan prezidenti ilə görüşdü
Nensi Pelosi Tayvan prezidenti ilə görüşdü

Tayvanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Nensi Pelosi bu ölkə prezidenti, Tsay İnq-Ven ilə görüşdü. Tsay İnq-Ven Amerikalı senatora Tayvana səfərinə və sarsılmaz dəstəyə görə təşəkkür etdi. Tayvan prezidenti Rusiyanın Ukraynaya müdaxiləsini misal çəkdi.

“Demokratik Tayvana qarşı zorakılıq Hind-Sakit okean bölgəsinə güclü təsir göstərəcək. Tayvan təslim olmayacaq və biz suverenliyimizi müdafiə etməyə davam edəcəyik”, – Tsay İnq-Ven bəyan etdi.

Digər tərəfdən Nensi Pelosi Amerikanın Tayvanı heç vaxt tək qoymayacağını bəyan etdi.

“Bu gün, fəxr etdiyim nümayəndə heyətimiz Tayvana qarşı öhdəliklərimizi unutmayacağımızı və möhkəm dostluğumuzla fəxr etdiyimizi açıq şəkildə bildirmək üçün Tayvana gəldi. İndi Amerikanın Tayvanla həmrəyliyi həmişəkindən daha çox vacibdir. Və bu, bizim buraya gətirdiyimiz mesajdır”, – Nensi Pelosi bəyane tdi.